Prezident özəl telekanallara 2 milyon manat ayırdı
12 may 2016 18:45 (UTC +04:00)

Prezident özəl telekanallara 2 milyon manat ayırdı

0

Prezident İlham Əliyev özəl teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.

 

Lent.az AzərTAc-a istinadən xəbər verir ki, cəmiyyətin informasiya ehtiyacının ödənilməsi, əhalinin maarifləndirilməsi, ölkədə və beynəlxalq aləmdə Azərbaycan xalqının mədəni irsinin təbliği işində fəal iştirak edən özəl teleradio yayımçılarının maddi-texniki bazasını gücləndirmək məqsədilə prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına 2 milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar