Prezident İlham Əliyev Gürcüstana səfəri zamanı Tbilisidə Heydər Əliyevin abidəsini ziyarət edib.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, noyabrın 5-də Tbilisidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edən prezident İlham Əliyev abidənin önünə əklil qoyub.
Prezident həmçinin Tbilisidə Qəhrəmanlar Memorialını ziyarət edib. Ərazidə dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev Qəhrəmanlar Memorialının önünə əklil qoydu. Sonra Azərbaycanın və Gürcüstanın dövlət himnləri səsləndirilib.