Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 10,1 milyon manat ayrıldı
06 noyabr 2017 18:11 (UTC +04:00)

Şəmkirin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 10,1 milyon manat ayrıldı

0

Prezident İlham Əliyev Şəmkir şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Lent.az-ın AzərTAc-a istinadən məlumata görə, sərəncama əsasən “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar