"Azərsu"ya 12 milyon manat ayrıldı - <span style="color:red;">SƏRƏNCAM
29 mart 2016 18:16 (UTC +04:00)

"Azərsu"ya 12 milyon manat ayrıldı - SƏRƏNCAM

Prezident İlham Əliyev istehlakçıların suölçən cihazlarla təmin edilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, əhali qrupu istehlakçılarının suölçən cihazlarla təmin edilməsi üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 12,0 (on iki) milyon manat ayrılıb.

 

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin edəcək. 

 

Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 334
avatar

Oxşar yazılar