Prezident İlham Əliyev: “Rayon sakinləri istəyirlər ki...”
19 sentyabr 2013 09:59 (UTC +04:00)

Prezident İlham Əliyev: “Rayon sakinləri istəyirlər ki...”

“Azərbaycanın uğurlu inkişafını təmin edən xalqla iqtidar arasındakı birlikdir. O ölkələrdə ki, bu birlik var, o ölkələr inkişaf edir. Harada bu, yoxdur, orada problemlər yaşanır”. Lent. az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Qubanın Qırmızı qəsəbəsinin sakinləri ilə görüşündə bildirib. Prezident vurğulayıb ki, bu gün Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır: “Bunu əlbəttə ki, ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də görür. Çünki son illər ərzində Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ikinci ölkə yoxdur. Bu iqtisadi inkişaf sadəcə olaraq statistik rəqəmlərlə deyil, görülən işlərlə də ölçülür. Hər rayonda, hər bölgədə quruculuq, inkişaf işləri gedir. Deyə bilərəm ki, rayonlar bir-biriləri ilə rəqabətə çıxır. Rayon sakinləri istəyirlər ki, onların rayonları, şəhərləri, qəsəbələri daha da gözəl, abad olsun. Yəni, bu, sağlam bir yarışdır. Bu yarışın nəticəsində Azərbaycan güclənir, inkişaf edir, möhkəmlənir və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ümumi inkişafa öz töhfələrini verirlər”.

Dövlət başçısı İlham Əliyev onu da bildirib ki, Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. “Bilirsiniz ki, indi Azərbaycanda vaxtaşırı mötəbər beynəlxalq tədbirlər keçirilir. Humanitar forumlar, sivilizasiyalararası dialoq forumları, dünya dinlərinin nümayəndələrinin, rəhbərlərinin zirvə görüşləri. Hamı, necə deyərlər, bir fikirdədir ki, Azərbaycanda bu sahədə olan işlər ən yüksək zirvədədir. Mən isə həmişə deyirəm ki, bu, bizim həyat tərzimizdir. Əlbəttə, dövlət siyasəti də var və məqsədyönlü şəkildə aparılır. Amma, eyni zamanda, cəmiyyətdə də bax, bu əhval-ruhiyyə yaşanır. Bir-birinə, bir-birinin adət-ənənələrinə, dininə, yaşayış tərzinə hörmət xalqımızı, millətimizi, dövlətimizi gücləndirir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1386
avatar

Oxşar yazılar