<b>Prezident Cəlilabadda yol tikintisinə pul ayırdı –</b> <span style="color:red;">SƏRƏNCAM
22 iyul 2016 18:18 (UTC +04:00)

Prezident Cəlilabadda yol tikintisinə pul ayırdı – SƏRƏNCAM

 

 

Prezident İlham Əliyev Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, iyirmi min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 2,1 milyon  manat ayrılıb.

 

Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə isə  bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 287
avatar

Oxşar yazılar