Pensiyaların təyini və ödənişi avtomatlaşdırılıb
14 oktyabr 2015 10:24 (UTC +04:00)

Pensiyaların təyini və ödənişi avtomatlaşdırılıb

 

2015-ci ildə pensiya təyinatının avtomatlaşdırılmış qaydada vahid mərkəzdən “Mərkəzi Çağrı Sistemi” (“190-0” nömrəli telefon məlumat xidməti) vasitəsi ilə həyata keçirilməsi, habelə “ASAN xidmət” mərkəzlərində əmək pensiyalarının təyinatı xidmətinin təşkili işi daha da genişləndirilib.

 

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, hesabat ili ərzində pensiyaların plastik kartlarla ödənişinin kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib.

 

Hazırda pensiyaçıların 100 faizinin pensiyasının plastik kartlarla ödənilməsi, bu məqsədlə ümumilikdə 881, o cümlədən kənd və qəsəbələrdə 210 bankomatın istifadəsi təmin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar