Pedaqoji Universitet üçün Xocasəndə yeni kampus tikilir
09 iyun 2015 11:04 (UTC +04:00)

Pedaqoji Universitet üçün Xocasəndə yeni kampus tikilir

 

“Xocasən qəsəbəsinin ərazisində Pedaqoji Universitetin yeni kampusunun tikilməsi üçün hazırlıq işləri artıq başlanıb”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov açıqlamasında deyib. Nazirin sözlərinə görə, prezident İlham Əliyevin tapşırığı ilə Xocasən qəsəbəsinin ərazisində yeni kampusun tikintisinə bir il bundan əvvəl başlanılıb: “Artıq ərazinin master planı hazırdır. O master plana əsasən memarlar müxtəlif eskizlər təqdim edəcəklər. Pedaqoji Universitet bizim üçün çox mühüm rol oynayır. Həm təhsil ocağıdır, həm də gələcəyin müəllimləri bu universitetdə yetişir. Ona görə məhz bu universitetdən başladıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar