2015-ci ildə Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə 60 nəfərə “Əməkdar müəllim” fəxri adı verilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, ötən ilin statistikasına əsasən, təhsil işçilərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Prezidentin müvafiq sərəncamına əsasən Azərbaycan təhsilinin inkişafında xidmətləri olan 61 təhsil işçisi “Tərəqqi” medalı ilə təltif edilib.
Bundan başqa, təhsil işçilərinə “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında Prezidentin digər sərəncamı ilə isə Azərbaycan elminin inkişafında və yüksək ixtisaslı kadrların hazırlanmasında xidmətlərinə görə 3 nəfərə, 18 iyun 2015-ci il tarixli sərəncamına əsasən 1 nəfərə “Əməkdar elm xadimi” fəxri adı verilib.
Həmçinin 2 nəfər də ötən il "Şöhrət" ordeni ilə təltif edilib.
Dövlət Statistika Komitəsindən isə Lent.az-a verilən məlumata görə, 2015-ci ildə Ali Attestasiya Komissiyası tərəfindən 83 nəfərə elmlər doktoru, 575 nəfərə fəlsəfə doktoru diplomları, 59 nəfərə professor, 323 nəfərə isə dosent attestatları verilib.