Ötən ay 27 nəfər dəm qazından zəhərlənib
02 dekabr 2015 11:00 (UTC +04:00)

Ötən ay 27 nəfər dəm qazından zəhərlənib

“Noyabr ayı ərzində 27 nəfər dəm qazından zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzə gətirilib". 

Bunu Lent.az-a açıqlamasında Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib. Onun sözlərinə görə, həmin 27 nəfərdən 18-i xəstəxanaya yerləşdirilib, 9 nəfərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb.

A.Maqsudov qeyd edib ki, dəm qazı zəhərlənmələri zamanı ölüm halı qeydə alınmayıb və zəhərlənmələr əsasən Bakı və Bakıətrafı ərazilərdə yaşanıb.

Şöbə müdiri ötən ay Azərbaycanda qeydə alınan alkoqol sərxoşluğu və dərman zəhərlənmələrinin sayını da açıqlayıb.

Şöbə müdiri deyib ki, noyabr ayı ərzində 11 nəfər dərman zəhərlənməsi şikayəti ilə Toksikologiya şöbəsinə müraciət edib. Onlardan 8 nəfər xəstəxanaya qəbul edilib: “Bundan başqa, ötən ay ərzində ümumilikdə 12 alkoqol zəhərlənməsi faktı yaşanıb, Onlardan 3-ü ağır vəziyyətdə olduğu üçün xəstəxanaya yerləşdirilib. 9 nəfər isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 231
avatar

Fərizə Əhmədova

Oxşar yazılar