Orta məktəb şagirdləri GMO məhsullar barədə maarifləndiriləcək
02 may 2016 12:44 (UTC +04:00)

Orta məktəb şagirdləri GMO məhsullar barədə maarifləndiriləcək

0

 

 

 

“Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Qida təhlükəsizliyi: Genetik modifikasiya olunmuş məhsullar  insan sağlamlığı üçün təhlükə mənbəyi kimi” layihəsinin icrasına başlayıb.

 

Lent.az-ın məlumatına görə, layihənin məqsədi Yevlax rayonunda orta məktəb şagirdlərini arasında qida təhlükəsizliyi və GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə məlumatlandırmaqdır.

 

Layihə çərçivəsində Yevlax rayonunda 3 orta məktəbin (Yevlax şəhər 1 saylı tam orta məktəb. Yevlax şəhər N. Gəncəvi adına 7 saylı tam orta məktəb və Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəb) şagirdləri arasında qida təhlükəsizliyi və GMO məhsulların insan sağlamlığına yaratdığı təhlükələr barədə inşa müsabiqəsi təşkil ediləcək.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 285

Oxşar yazılar