Ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən məlumata görə, ümumi orta təhsil (9 illik) bazasında orta ixtisas təhsili müəssisələrinə keçirilmiş müsabiqənin nəticələri bu gün saat 18:00-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirib.
Müsabiqənin nəticələri haqqında məlumatı həmçinin "Azercell", "Bakcell" və "Nar Mobile" nömrələrindən mobil telefonla abituriyentin iş nömrəsini 7727 nömrəsinə göndərməklə öyrənmək olar.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil forması |
Qəbul planı
|
Qəbul olunub |
Qəbulolma faizi |
||
Azərbaycan bölməsi |
Rus |
Bölmələr üzrə cəmi |
|||
Dövlət ödənişsiz |
4193 |
3933 |
133 |
4066 |
96.90 |
Dövlət ödənişli |
4486 |
3927 |
146 |
4073 |
90.57 |
Özəl |
780 |
783 |
0 |
783 |
100.00 |
Cəmi |
9459 |
8643 |
279 |
8922 |
94.15 |
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar 2016‑cı il iyulun 21-dən 29-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.