Ordumuzun şəhid olan hərbçisi Şirvanda dəfn edilib
13 may 2016 17:06 (UTC +04:00)

Ordumuzun şəhid olan hərbçisi Şirvanda dəfn edilib

0

Ermənilərin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycan əsgəri dəfn edilib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, 20 yaşlı Rahil Rafiq oğlu Ərəbli doğulduğu Şirvan şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.  Dəfn mərasimində şəhər İcra Hakimiyyətinin rəsmiləri, şəhidin əsgər yoldaşları, doğmaları və ictimaiyyət  nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Rahil Rafiq oğlu Ərəbli mayın 12-də qoşunların təmas xəttində düşmənlə atışmada şəhid olub.

 

Allah rəhmət eləsin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 395

Oxşar yazılar