Ölkədə epidemioloji durum nəzarət altındadır - <span style="color:red;">Nazirlik
11 yanvar 2016 16:40 (UTC +04:00)

Ölkədə epidemioloji durum nəzarət altındadır - Nazirlik

 

"Yoluxucu xəstəliklərlə mübarizə və onların profilaktikası istiqamətində aparılan tədbirlərin nəticəsində bir-çox ölkələrdə və regionda qeyd edilən epidemioloji gərginliyə baxmayaraq, respublikada epidemioloji sabitlik qorunub saxlanılıb".

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, profilaktik və əksepidemik tədbirlərin səmərəli həyata keçirilməsi, müasir immunlaşdırma strategiyaların tətbiqi və çevik epidemioloji nəzarət sisteminin təşkili nəticəsində bu gün difteriya, poliomielit, qızılca, məxmərək, göyöskürək xəstəlikləri ölkədə müşahidə edilmir. 

 

"Poliomielit xəstəliyinin dünya miqyasında ləğvinin yekun mərhələsi kimi peyvənd təqviminə yeni inaktivləşdirilmiş poliomielit vaksininin əlavə edilməsi və 2016-cı ilin aprel ayında 3-valentli poliomielit peyvəndinin 2-valentli vaksinlə əvəz edilməsinə hazırlıq işlərinin başa çatması önəmli hadisələrdən biridir. Həmçinin, ölkədə həyata keçirilmiş genişmiqyaslı tibbi-profilaktika tədbirləri nəticəsində artıq 3 ildir ki, malyariyanın yerli yoluxması baş vermir.

 

Bundan başqa, son illərdə epidemiya və pandemiyaların baş verməsi təhlükəsinin qarşısının alınması istiqamətində yoluxucu xəstəliklərin monitorinqi aktual məsələyə çevrilib.

 

Bu səbəbdən 2010-cu ildən tətbiqinə başlanan Yoluxucu Xəstəliklərin Elektron Müşahidə Sistemi daima yenilənir və təkmilləşdirilir. Məlumata görə, bu sistem vasitəsi ilə ölkədə qeydə alınan hər bir yoluxucu xəstəlik hadisəsi barədə onlayn rejimində məlumat almaq, operativ tədbirləri həyata keçirmək, epidemioloji vəziyyəti, hətta rayon səviyyəsində təhlil etmək imkanları mövcuddur.

 

Respublika əhalisinin sanitariya-epidemioloji salamatlığının qorunması sahəsində təhlükəsiz ərzaq məhsulları və su ilə təchizatı müstəsna rol oynayır. Bu məqsədlə Səhiyyə Nazirliyi tərəfindən alınan ən müasir laborator avadanlıq, kadrların yenidən hazırlanması hesabına mikrobioloji və toksikoloji müayinələrin beynəlxalq standartlar səviyyəsində aparılması təmin olunur".

 

Qeyd edək ki, ölkə ərazisinin təhlükəli yoluxucu xəstəliklərdən qorunması yolunda aparılmış məqsədyönlü tədbirlərin həyata keçirilməsi ölkə səhiyyəsinin prioritet fəaliyyət istiqaməti olaraq Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən hər zaman diqqət mərkəzində saxlanılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar