Dekabrın 16-20-də Sumqayıt şəhərinin, eləcə də Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib.
Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, 9000-ə yaxın müəllimin iştirak etdiyi diaqnostik qiymətləndirmə Sumqayıt Olimpiya İdman Kompleksində keçirilib. İmtahanlarda adı çəkilən bölgələr üzrə dəvət olunmuş müəllimlərin 99,04 faizi iştirak edib.
Qeyd edək ki, növbəti diaqnostik qiymətləndirmə 24-26 dekabr tarixlərində Gəncə şəhərindəki 12 nömrəli tam orta məktəbdə keçiriləcək. İmtahanlarda Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan 3500-dən artıq müəllimin bilik və bacarıqları diaqnostik qiymətləndiriləcək.