Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb
24 fevral 2016 12:47 (UTC +04:00)

Nikaha girmək istəyən 55 nəfərdə QİÇS tapılıb

0

 

“Azərbaycanda  nikaha daxil olmaq istəyən 5780 nəfərdə talassemiya, 55 nəfərdə QİCS, 267 nəfərdə isə sifilis xəstəliyi aşkarlanıb”.

 

 

APA-nın xəbərinə görə, bunu B .Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib. O bildirib ki, ötən il iyun ayının 1-dən bu ilin fevral ayınadək nikaha daxil olmaq istəyən 94400 nəfərdən qan nümunələri götürülüb. Z. Əlimirzəyeva qeyd edib ki, 45 cütlükdə talassemiya daşıyıcılığı aşkarlanıb: “Onlardan 3-ü evlənməkdən imtina edib, 6 evlənmiş cütlükdə isə hamiləlik müşahidə edilib. Onlardan 2-də bətn daxili diaqnostika məqsədilə punktat götürülüb və müayinəyə göndərilib”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar