Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Aprel
22 aprel 2016 20:15 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 22 Aprel

 
 
GÜNÜN ŞƏRHİ
 
Birləşmiş Ştatların Avropaya sıxılmış maye qaz ixracına başlaması dünyanın ən böyük qaz bazarında balansı pozacaq. Avropa bazarında mövqeləri ən çox sarsılan Rusiya olacaq. Ukrayna münaqişəsindən sonra qitənin 35 faizinə qaz nəql edən Moskva onsuz da müştəri problemi ilə üzləşmişdi. Üstəlik bazara İran və Səudiyyə Ərəbistanı tərəfindən sıxılmış qaz çıxarılması Moskvanı ənənəvi müştərilərə qiymət endirimi etmək məcburiyyətində qoymuşdu. İndi isə Avropa qaz bazarına daha bir ciddi oyunçu daxil olur. Bu oyunçu həm də uzun illərdir Avropanın Rusiyadan enerji asılılığına son qoymaq siyasəti yürüdən ölkədir. Enerji satışı bazarında təklifin tələbi üstələməsi sözsüz ki, qiymət endiriminə səbəb olacaq. Qazanan enerjini siyasi təzyiq aləti kimi istifadə edən Birləşmiş Ştatlar, yenə də qazanan qaz idxalçıları arasında mübarizə nəticəsində ucuz qaz əldə edən Avropa ölkələri, itirən isə onsuz da ucuz satdığı qazın qiymətini daha da ucuzlaşdıracaq Rusiyadır. Amma Kremlin qaz bazarında başlayan müharibəyə yalnız qiymət endirimi ilə cavab verəcəyini düşünmək səhv olardı. Moskva bu cür həmlələrə adətən şərti reflektiv reaksiyalar verir. Bu dəfə reaksiya necə olacaq, çanaq kimin başında çatlayacaq sualının cavabını yəqin ki çox gözləmək lazım gəlməyəcək. 
 
Vüqar MƏSİMOĞLU

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 249
avatar

Oxşar yazılar