YORUM
Vaxtı ilə Rusiyaya gedib, orada təhsil alıb, hətta rus xanımla evlənən Həsən bəy Zərdabi onu yüksək vəzifələr gözlədiyi halda Azərbaycana qayıtmışdı... Təsadüfi deyil ki, o, sonralar azərbaycanlı gənclərə xitabən yazırdı... "Doğrudur, qeyri-millətlər sizin kamalınızı görüb sizə artıq rütbə verəcəklər... Amma insaf deyil ki, beş gün ömrün ləzzətindən ötrü qardaşlarınızı atıb, onları kor və sərgardan qoyasınız..." Məncə bu Həsən bəyin ən böyük vəsiyyətidir... 141 il sonra bu sözləri xatırlamağa dəyər... Bir ölkənin, bir millətin hər zaman qələm, fikir adamlarına, ziyalıya ehtiyacı olub və olacaq... Belə adamların isə içində həqiqi xalq sevgisi, millətsevərlik, vətənpərvərlik hissləri olanda həmin xalq, həmin dövlət daha da irəli gedir, daha çox inkişaf edir... Bu yolda çalışan, bu idealogiyaya sadiq olan bütün həmkarlarımızı APA XƏBƏR kollektivi adından təbrik edirik...!