Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 İyul
14 iyul 2016 20:20 (UTC +04:00)

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 14 İyul

YORUM
 

Britaniyanın Avropa İttifaqının hüdudlarını tərk etməsi heç də ölkənin yeganə problemi deyil... Ölkə büdcə defisitindən qurtula bilmir, ictimaiyyət arasında parçalanma müşahidə olunur, əmək haqları məbləği ilə yaşayış üçün tələb olunan vəsait arasında isə uçurum heç vaxt olmadığı kimi dərinləşib... Və bütün bu problemlərin "Brexit"dən sonra daha da ciddiləşəcəyi təşvişi var... Yeni baş nazir ilk növbədə ölkə daxilində hər şeyin pis olması ilə bağlı formalaşan tendensiyadan qurtulmaq üçün tədbirlər görməli və ölkənin gələcəyi ilə bağlı nikbin ruhlu proqnoz verməlidir... Sual yaranır... Tereza Mey sələfi olan və özündən əvvəl Böyük Britaniyanın ilk qadın baş naziri Marqaret Tetçer ola biləcəkmi...? Məhz "dəmir ledi"  hökumət binasının yerləşdiyi Dauninq-Stritdəki binaya köçdükdən sonra ölkəni çiçəklənmə yoluna çıxarmış və əhalinin rifahının yüksəldilməsi yolundakı fəaliyyətinə görə üç dəfə baş nazir olmaqla mükafatlandırılmışdı... Əgər Mey bu nailiyyəti təkrarlamaqda qərarlıdırsa, o zaman mütləq ardıcıl və düz xətt boyunca irəliləyən, eləcə də səs-küylü bəyanatlar və bacarıqlı mövqe ifadə etməklə kifayətlənməyib, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə yönələn fəaliyyətlə məşğul olmalıdır... Maraqlı məqamlardan biri də budur ki, Tetçer zamanında SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov yeni hökumət başçısının ikinci "dəmir ledi" ola biləcəyini iddia edib...

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 285
avatar

Oxşar yazılar