YORUM...
Azərbaycanlılar dünyada yeganə xalqdır ki, bir əsrdə iki dəfə müstəqillik əldə edib. Bu, bir xalqın iradəsindən, əzmkarlığından azadlıq istəyindən xəbər verir. Amma məsələ yalnız müstəqilliyi qazanmaqda deyil. Müstəqilliyi qorumaqda, saxlamaqdadır.
Deyirlər, tarix şəxsiyyətləri yetişdirir, tarixə isə şəxsiyyətlər öz möhürünü vurur, onu yaşadırlar. XX əsrdə iki dəfə azadlıq qazanmağımız bizim tariximizdirsə, bu tariximizi sözün əsl mənasında tarixə çevirənlər xalqımızın yetişdirdiyi liderlərdir. Bu gün o liderlərdən birinin - Azərbaycan tarixində öz rolu, öz möhürü ilə yaddaşlara həkk olunan Heydər Əliyevin anım günüdür. Allah rəhmət eləsin!