İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun nümayəndələri aprelin 27-dən 28-ə keçən gecə ermənilər tərəfindən atəşkəsin pozulması nəticəsində Ağdamın Əfətli kəndində yerləşən "Qara inək fermer təsərrüfatı" MMC-də olub. İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən məlumata görə, nazirliyin nümayəndələri güzəştli kreditlərdən istifadə etməklə yaradılan təsərrüfata baxış keçiriblər.
"Qara inək fermer təsərrüfatı" MMC-nin fəaliyyətinin bərpası üçün sahibkara lazımi köməklik göstərilir.
Qeyd edək ki, "Qara inək fermer təsərrüfatı" MMC-yə ciddi ziyan dəyib. MMC-nin ofis binası dağılmış, sağım sistemi sıradan çıxıb, təsərrüfatın südün saxlanılması hissəsinə və tövlələrə ciddi zərər dəyib, çoxlu sayda mal-qara tələf olub.