Nazirlikdən Nardaran gənclərinə çağırış
27 noyabr 2015 15:25 (UTC +04:00)

Nazirlikdən Nardaran gənclərinə çağırış

 

“Nardaranda baş verən hadisə təxribatdır. Hüquq-mühafizə orqanları məsələyə qiymət verib və araşdırmalar davam edir”.

 

APA-nın məlumatına görə, bunu jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib.

 

Nardarandakı olayda bəzi gənclərin iştirakına toxunan İ. Babayev deyib ki, bu gün Azərbaycanda gənclərin inkişafı ilə bağlı hərtərəfli şərait yaradılıb: “Mən gəncləri səhv addımlar atmamağa, belə təxribatlardan uzaq olmağa səsləyirəm. Gənc olmalarına baxmayaraq, hərtərəfli düşünsünlər və atdıqları addımların məsuliyyətini dərk etsinlər. İnanıram ki, bu təxribatların qarşısı alınacaq. Onlar da Azərbaycan gəncləridir. Gənclər və İdman Nazirliyi də gənclərin inkişafına, asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edən layihələr həyata keçirir. Həmin gəncləri də nazirliyin keçirdiyi layihələrə qoşulmağa, təşkil etdiyimiz müsabiqələrdə iştirak etməyə çağırırıq. Gənclər bu taleyüklü anlarda səhv addımlardan uzaq olsunlar”.

 

# 85
avatar

Oxşar yazılar