Təhsil Nazirliyinin təşkilatçılığı ilə aprelin 14-16-da nazirliklə əməkdaşlıq edən bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçiriləcək.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, təlim kursunun əsas məqsədi təhsil sahəsində görülən işlərin ictimaiyyətə çatdırılması, maarifləndirmə tədbirlərinin aparılması, media ilə səmərəli əməkdaşlığın qurulmasıdır.
Bildirək ki, üçgünlük təlim “Jumeirah Bilgah Beac” otelində keçiriləcək.
Təlimdə iştirak etmək istəyən media nümayəndələrindən aprelin 10-a kimi aşağıdakı keçid vasitəsilə qeydiyyatdan keçmələri xahiş olunur.
https://docs.google.com/forms/d/1eIsWmCkxfEEDVu7E0QZWeA4UGjHZWJgdNzkGcSSdG8Q/edit
Nəzərinizə çatdıraq ki, yerlər məhdud sayda olduğu üçün qeydiyyatdan ilk keçmiş media nümayəndələri təlimdə iştirak hüququ qazanacaqlar.