Nazirlik internet uşaqlarına peşə təlimi keçir
04 may 2015 14:42 (UTC +04:00)

Nazirlik internet uşaqlarına peşə təlimi keçir

 

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi internat məktəbini bitirmək ərəfəsində olan şəxsləri peşə hazırlığına cəlb edib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti (DMX) tərəfindən ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilib. ƏƏSMN-nin Bakı Regional  Peşə Tədrisi Mərkəzində həmin gənclərə təcrübəli mütəxəssislər tərəfindən peşə təliminin keçilməsinə başlanıb.

 

Üç ay ərzində davam edəcək kursun başa çatması həmin gənclərin internat məktəbini bitirməsi ilə eyni vaxta təsadüf edəcək. Kursu bitirən gənclərin yeni yiyələndikləri peşə üzrə məşğulluğu təmin olunacaq. Bununla əlaqədar artıq aidiyyəti işəgötürənlərlə razılıq əldə olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 203
avatar

Oxşar yazılar