Nazirlik: Çayları Gürcüstan və Ermənistan çirkləndirir
12 noyabr 2013 12:01 (UTC +04:00)

Nazirlik: Çayları Gürcüstan və Ermənistan çirkləndirir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə noyabr ayının I ongünlüyü üçün növbəti monitorinqlər  keçirib. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. 
Noyabr ayının I ongünlüyündə Kür çayında suyun sərfi oktyabr ayının III  ongünlüyünə nisbətən 4 m3/san azalaraq 122 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 6.12-6.30 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625

Oxşar yazılar