Nazirlik: "VI sinifdən təmayülləşmə aparılması yolverilməzdir”
27 iyul 2013 14:30 (UTC +04:00)

Nazirlik: "VI sinifdən təmayülləşmə aparılması yolverilməzdir”

 

Təhsil Nazirliyi ümumtəhsil məktəblərində VI sinifdən etibarən təmayülləşmə aparılmasının yolverilməz olduğunu bəyan edib.

 

Lent.az-ın verdiyi məlumata görə, ümumtəhsil məktəblərində VI sinifdən etibarən təmayülləşmə aparılmır, təmayüllər lisey və gimnaziyalarda, bir qayda olaraq, VII sinifdən etibarən tətbiq edilir.

 

Həmin müəssisələrdəki humanitar təmayüllü siniflərdə də riyaziyyat fənninə tədris planına görə 5 saat ayrılır.

 

Təhsil Nazirliyi vətəndaşlara müraciət edərək VI sinifdən etibarən təmayülləşmə aparılan məktəblər barədə nazirliyə məlumat vermələrini xahiş edib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764
avatar

Oxşar yazılar