“Ötən gecə Şamaxı rayonunda iki nəfərə hücum edən ayı qonur ayıdır, “Qırmızı kitab”a salınıb”. Lent.az-ın məlumatına görə, bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin mühafizəsi departamentinin sektor müdiri Raqif Mirzəyev bildirib. R. Mirzəyevin sözlərinə görə, yerli idarə ilə əlaqə saxlanılıb və məlum olub ki, ayı meşə ərazisindən gəlib.
R.Mirzəyev onu da bildirib ki, vəhşi heyvanların restoranlarda saxlanması halları keçən il qeydə alınsa da, cari ildə belə fakt aşkarlanmayıb.