Nazirlik 7 rayonda səyyar protez bərpa xidməti təşkil edəcək
19 noyabr 2015 14:43 (UTC +04:00)

Nazirlik 7 rayonda səyyar protez bərpa xidməti təşkil edəcək

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzinin tibbi-texniki briqadası tərəfindən gələn həftə 7 rayonda (Ucar, Ağdaş, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Zərdab) əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara səyyar formada protez-ortopedik bərpa xidməti göstəriləcək.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tibbi-texniki briqada noyabrın 24-də saat 9.00-dan 13.00-dək nazirliyin Ucar rayonu üzrə Tibbi-Sosial Ekspert Komissiyasının inzibati binasında və saat 14.00-dan 18.00-dək Ağdaş rayon mərkəzi xəstəxanasında, noyabrın 25-də saat 9.00-dan 13.00-dək Bərdə rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) və saat 14.00-dan 18.00-dək Tərtər rayon ƏSMM-nin inzibati binalarında olaraq, həmin rayonlarda yaşayan əlilliyi olan şəxsləri və sağlamlıq imkanları məhdud uşaqları səyyar formada protez-ortopedik bərpa xidməti ilə təmin edəcək.

 

Qeyd edək ki, səyyar xidmət noyabrın 26-da saat 9.00-dan 13.00-dək Ağdam rayon ƏSMM-nin və saat 14.00-dan 18.00-dək Ağcabədi rayon ƏSMM-nin inzibati binalarında, noyabrın 27-də isə saat 10.00-dan 14.00-dək Zərdab rayon İcra Hakimiyyətinin qonaq evində davam etdiriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 413

Oxşar yazılar