Nazir müavini uşaqlarla bağlı islahatlardan danışdı
13 noyabr 2013 10:23 (UTC +04:00)

Nazir müavini uşaqlarla bağlı islahatlardan danışdı

UNİCEF-lə əməkdaşlığın perspektivləri nəzərdən keçirilib. Bu barədə Lent. az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Belə ki,  nazirlikdə BMT-nin Uşaq Fondunun (UNİCEF) Baş ofisinin Proqramlar Departamentinin müdir müavini Kristian Salazar Volkman və UNİCEF-in Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Mark Herevardla görüş olub. Nazir müavini İlqar Rəhimov qonaqları salamlayaraq, ölkəmizdə uşaqların müdafiəsi sahəsində aparılan  islahatlar prosesində UNİCEF-lə əməkdaşlığın xüsusi önəm daşıdığını vurğulayıb. UNİCEF-lə səmərəli əməkdaşlıq şəraitində icra olunan proqramlardan söz açan nazir müavini bildirib ki, hazırda bu təşkilatın Azərbaycan nümayəndəliyi ilə əməkdaşlıq yeni inkişaf mərhələsindədir. UNİSEF-lə birgə imzalanmış 2012-2013-cü illər üçün İş Planında qurumun bu islahatlara, habelə de-institusionalizasiya və alternativ qayğı istiqamətində tədbirlərin gücləndirilməsinə davamlı olaraq texniki və institisional dəstək verməsi öz əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 827

Oxşar yazılar