“Aparılan məqsədyönlü dövlət siyasəti ölkənin əmək bazarında gərginliyin aradan qalxmasına səbəb olub və bu gün ölkədə işsizlik heç də kəskin bir problem kimi diqqəti cəlb etmir”. Lent.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Fizuli Ələkbərov bildirib.
Nazir vurğulayıb ki, Azərbaycanda yeni yaradılan iş yerlərinin sayı artmaqda davam edib, işsizlik səviyyəsi 5,2 faizə enib.
O, qeyd edib ki, sosial rifah meyarları insan faktorunun üstünlüyü kontekstində işçi insanın həyat və sağlamlığının istehsal maraqlarından yüksək tutulmasını, əmək hüquqlarının müdafiəsini ön plana çıxarıb: “Təbii ki, ədalətli cəmiyyət quruculuğu maddi nemətlərin istehsalçısı olan işçi insanın əmək hüquqları, həmçinin onun həyat və sağlamlığının mühafizəsi təmin edilmədən həyata keçirilə bilməz”.