Naxçıvanda 12 vəzifəli şəxs cərimələndi
07 yanvar 2016 01:35 (UTC +04:00)

Naxçıvanda 12 vəzifəli şəxs cərimələndi

Naxçıvan Muxtar Respublikasında işçilərin əmək hüquqlarının təmin edilməsi məqsədilə qeyri-formal məşğulluğun qarşısının alınması, işəgötürülən şəxslərlə əmək müqavilələrinin bağlanması və əməkhaqlarının reallığı əks etdirməsinə nəzarət gücləndirilib.

 

APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-2015-ci illər ərzində Naxçıvanda 712 sahibkarlıq obyektində 520 yeni əmək müqaviləsi bağlanıb, 1495 əmək müqaviləsində əməkhaqların real göstərilməsinə nail olunduğunu açıqlayıb.

 

Əmək müqaviləsinin bağlanmamasına görə 3 fiziki şəxsə 3 min manat məbləğində cərimə tətbiq olunub, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə edilməməsi səbəbindən 217 işçi tikinti sahəsindən uzaqlaşdırılıb, 484 işçi həmin vasitələrlə yerində təmin edilib. Aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə 47 halda icrası məcburi olan göstəriş verilib. Əməyin mühafizəsi üzrə tələblərin pozulmasına görə 12 vəzifəli şəxsə 12 min 200 manat məbləğində cərimə tətbiq edilib. Ötən illər ərzində 949 müəssisədə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə- əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin bağlanmasına nail olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 307
avatar

Oxşar yazılar