Musa Qasımlı, professor, millət vəkili
Mövzu: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü
"1918-ci ilin 31 martından başlayaraq 3 gün ərzində Bakıda və Azərbaycanın digər yerlərində Azərbaycan türkləri siyasi mənsubiyyətinə fərq qoyulmadan bolşevik və daşnak qüvvələri tərəfindən kütləvi şəkildə məhv edilirdilər"
"Bu soyqırımlar Cənubi Azərbaycanı, Şərqi Anadolunu, Borçalını, İrəvan Quberniyası və indiki Azərbaycan Respublikasının ərazisini əhatə edirdi"
"1918-20-ci illərdə bütövlükdə İrəvan Quberniyasında təxminən 250 azərbaycanlı kəndi tamamilə yerlə-yeksan edilmiş əhalisi qırılmışdı"
"Qafqaz Cəbhəsi dağıldıqdan sonra geri çəkilən rus ordusu öz silahlarını erməni silahlı dəstələrinə verdilər və onlar Anadoluda törətdikləri qırğınları Cənubi Qafqazda davam etdirdilər"
"Soyqırımın əsas məqsədi Azərbaycanın istiqlalının qarşısını almaq, Bakını bolşevik Rusiyasının təsiri altında saxlamaq idi"
"Soyqırımı məsələsinə sistemli yanaşma ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamından sonra oldu "
"Heydər Əliyev Fondunun bu soyqırımın tanıdılması və dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətinin çox böyük əhəmiyyəti var"