Multikulturalizm Mərkəzi ölkə universitetlərində monitorinq keçirir
02 dekabr 2015 11:09 (UTC +04:00)

Multikulturalizm Mərkəzi ölkə universitetlərində monitorinq keçirir

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Kooperasiya Universitetində, Qərb Universitetində və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında monitorinq keçirib. Mərkəzdən Lent.az-a verilən məlumata görə, Azərbaycan Multikulturalizmi fənnini Kooperasiya Universitetində bu ilin payız semestrindən Nizami Məhərrəmov  tədris edir. Adı çəkilən universitetdə monitorinqi  Bakı Slavyan Universitetinin Multikulturalizm kafedrasının müəllimi Rauf Hacı və Multikulturalizm Mərkəzinin əməkdaşı Taleh Əhmədov həyata keçirib. Ekspertiza və texnologiya fakültəsində 50 tələbəyə tədris olunan Multikulturalizmə giriş fənninin bu dəfəki mühazirəsi “Dünya ölkələrində Multikulturalizmin fərqli modelləri” mövzusuna həsr edilib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında  Azərbaycan multikulturalizmi fənninin monitorinqi Multikulturalizm Mərkəzinin Analitika-informasiya şöbəsinin müdiri Nəriman Qasımoğlu aparıb. Akademiyada bu fənni Cahangir Cahangirli  tədris edir. Monitorinq zamanı tələbələr multikulturalizm modelləri və Azərbaycan dövlətinin multikulturalizm siyasəti haqqında təqdimatlarla çıxış ediblər. Nəriman Qasımoğlu əsasən texniki biliklər üzrə ixtisaslaşan magistratura tələbələrinə Azərbaycan multikulturalizminin tədris edilməsinin xüsusi önəm daşıdığını bildirib. Multikulturalizm məsələləri fonunda tələbələrin eyni zamanda Azərbaycan ədəbiyyatı, tarixı, elmi-fəlsəfə fikri  və s. barədə də biliklər əldə etdiklərini vurğulayıb.

 

Nəriman Qasımoğlu Qərb Universitetində də monitorinq keçirib. Qərb universitetində Multikulturalizmə giriş fənnini Müşfiq Şükürov bakalavr pilləsində təhsil alan 36 tələbəyə tədris edir. Fənn tələbələr tərəfindən böyük maraqla dinlənilir. Mühazirə “Çində Daosizm və Konfutsiyaçılıq” mövzsuna həsr edilib. Mühazirə mövzusu tələbələrə dünya xalqlarının fərqli mədəniyyətlərini çatdırmaq məqsədini güdüb.

 

Monitorinqlərin sonunda tələbələrə fənnin tədrisi ilə bağlı fikirlərini əks etdirən sorğu vərəqləri təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 236
avatar

Oxşar yazılar