10 dərəcə isti olacaq
10 fevral 2016 12:20 (UTC +04:00)

10 dərəcə isti olacaq

 

Fevralın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.              

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 1-4 dərəcə, gündüz  6-10 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən  yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarda yağıntılı olacağı gözlənilir. Mülayim cənub şərq küləyi  əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlıq rayonlarda gecə 4-9 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 13-18 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272

Oxşar yazılar