Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib.
Nazirlikdən APA-ya verilən məlumata görə, keçirilən monitorinq zamanı Bakının Nərimanov rayonunda F. Xoyski prospekti, ev 108 ünvanında Teymur Mirzəyevə məxsus mağazada;
Atatürk prospekti, ev 31 ünvanında Tehran İbrahimova məxsus mağazada; Atatürk prospektində Ləman Salamovaya məxsus mağazada;
Binəqədi rayonunda Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 15 ünvanında Rəşad Əliyevə məxsus mağazada;
R.Allahverdiyev küçəsində Zamiq Kərimova məxsus mağazada;
Sumqayıt şəhərində 14-cü məhəllə, N.Nərimanov küçəsində Elnur Cabbarova məxsus mağazada; 34-cü məhəllə, 20 yanvar küçəsində Səkinə Hacıyevaya məxsus mağazada; Koroğlu küçəsində və H.Əliyev prospektində Dağbəy İsmayılova məxsus mağazalarda saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Bakının Binəqədi rayonunda
Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində Lazım Mehdiyevə, Ellada Alıyevaya, Ramin İsmayılova və Pərviz Şahverdiyevə məxsus mağazalarda;
Bakının Nərimanov rayonunda
Ağa Nemətulla küçəsi, ev 50 ünvanında Asiman Əsgərova məxsus “Araz” mağazasında;
Uluqbəy küçəsi, ev 125 ünvanında Sənani Bilalova məxsus mağazada;
F. Xoyski prospekti, ev 110 ünvanında Piri Nuriyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb.
Göygöl şəhərində
Ordubadi küçəsi, ev 54 ünvanında Rafiq Mehdiyevə məxsus mağazada;
20 yanvar küçəsi, ev 17 ünvanında Aydın Musayevə məxsus mağazada;
R.Cəfərov küçəsində Elçin Haqverdiyevə məxsus mağazada;
Mir Cəlal Paşayev küçəsi, 65 ünvanında Rövşən Cəlilova məxsus mağazada;
Kürdəmir rayonunda
Kürdəmir şəhəri, Babək küçəsində İlham Əmirova məxsus mağazada;
Kürdəmir şəhəri, Köhnə bazar ərazisində Nadir Mustafayevə məxsus mağazada;
Kürdəmir şəhəri, Sabir küçəsində Əlşiraz Abbasova məxsus mağazada;
Atakişili kəndində İlqar Rəsulova məxsus mağazada;
Quba rayonunda
Quba şəhəri, Ə.Nərimanov küçəsində Dilarə Məmmədovaya məxsus mağazada;
Quba şəhəri, Vaqif küçəsində Mehdi Hacıbalayevə məxsus mağazada;
Quba şəhəri, Səkinəxanım küçəsi, ev 37 ünvanında İlqar Heydərova məxsus mağazada;
Tərtər rayonunda
Tərtər şəhəri, F.Qulami küçəsi, 15 ünvanında Tofiq Mirzəyevə məxsus mağazada;
Tərtər şəhəri, H.Əliyev prospektində Vasif Rüstəmova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb.
Qeyd edək ki, ümumilikdə, monitorinqlər zamanı 400 kq-a yaxın saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.