Mübariz Qurbanlı İrana səfər edib
02 may 2015 14:15 (UTC +04:00)

Mübariz Qurbanlı İrana səfər edib

 

İran İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri Əbuzər İbrahim Turkmanın dəvəti ilə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkəyə rəsmi səfərə gedib.

 

Komitədən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində müvafiq dövlət qurumlarında iki ölkə arasında din sahəsində əlaqələrin və əməkdaşlığın perspektivlərinin müzakirə olunması nəzərdə tutulub. 

 

Səfər çərçivəsində komitə sədri dövlət və hökumət rəsmiləri, o cümlədən Ali Dini rəhbərin beynəlxalq məsələlər üzrə müavini Möhsün Qumi, İran İslam Respublikasının vitse-prezidenti, Milli Kitabxananın rəisi Əkbər Salehi, Xarici işlər nazirinin müavini İbrahim Rəhimpurilə görüşəcək və  İran Parlamentində bir sıra müzakirələr aparacaq.

 

Eyni zamanda, Dövlət Komitəsinin sədri Qum şəhərində Cameatül-Mustafa Universitetində olacaq, müəllim heyəti və nüfuzlu din xadimləri, o cümlədən Ayətullah Əraqi və Ayətullah Sübhani ilə görüşəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar