11 dekabrda, saat 11:00-da Milli Televiziya və Radio Şurasının inzibati binasında (Nizami 145) Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, "Elektron Mediaya Yardım Fondu"nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» Layihəsi əsasında Milli Televiziya və Radio Şurası və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair konfrans keçiriləcək.
MTRŞ-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfransda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun mütəxəssislərinin, dilçi alimlərin, teleradio yayımçılarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, kütləvi informasiya vasitələri konfransda iştirak etmək hüququna malikdirlər.