MTRŞ ANS ÇM-də qanun pozuntuları aşkarlayıb
23 dekabr 2015 11:25 (UTC +04:00)

MTRŞ ANS ÇM-də qanun pozuntuları aşkarlayıb

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçiriləcək. APA-nın xəbərinə görə, iclasda ölkədə fəaliyyət göstərən radiolarda baş verən qanun pozuntuları müzakirə olunacaq.

 

APA-nın əldə etdiyi məlumata görə, konkret olaraq ANS ÇM radiosunda ciddi qanun pozuntuları aşkar olunub və bununla bağlı inzibatı protokollar tərtib olunaraq ANS Şirkətlər Qrupuna göndərilib.

 

Qeyd edək ki, hazırda radioların monitorinqi davam etdirilir və ANS ÇM-dən başqa digər radiolarda ciddi qanun pozuntuları aşkarlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar