ANS ÇM radiosunun Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı 26 şikayəti üzrə məhkəmə prosesləri başa çatıb.
MTRŞ-nın nümayəndəsi Toğrul Mirzəzadənin APA-ya verdiyi məlumata görə, şikayətlərin heç birini təmin edilməyib: “Həmin məhkəmə qərarlarından tərəflərin şikayət etmək hüququ yoxdur və qərarlara əməl olunmalıdır. Hələlik qərarları almamışıq. Lakin qərarları alan kimi həmin cərimələrin dövlətə ödənilməsi ilə bağlı qanun çərçivəsində tədbirlər görüləcək”.
Qeyd edək ki, MTRŞ radionun cərimələnməsinə 26 qərar qəbul edib. Qərarlarla razılaşmayan radio Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə radionun iddialarını təmin etmədiyindən apellyasiya şikayətləri verilib.