MSK-nın 6 xidməti “elektron hökumət”ə inteqrasiya edildi
02 sentyabr 2013 12:44 (UTC +04:00)

MSK-nın 6 xidməti “elektron hökumət”ə inteqrasiya edildi

Dövlət qurumlarının “Elektron hökumət” portalı üzərindən əhaliyə təqdim etdikləri elektron xidmətlərin sayı artmaqdadır.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, artıq Mərkəzi Seçki Komissiyasının (MSK) altı xidməti də “Elektron hökumət” portalına (www.e-gov.az) inteqrasiya edilib.

 

Bu xidmətlərə “Ad, soyad və ata adı üzrə dairə və məntəqələrin axtarışı”, “Dairə və məntəqə ünvanlarının axtarışı”, “Dairə və məntəqələrin xəritə üzrə axtarışı”, “Onlayn müraciət”, “Seçici siyahısı üçün məlumatların daxil edilməsi”, “Seçici ünvanına görə dairə və məntəqənin axtarışı” daxildir. MSK-nın sözügedən elektron xidmətlərini seçdikdə hər bir portal istifadəçisi tələb olunan məlumatları daxil etməklə ad, soyad, və ata adı üzrə dairə və məntəqələrin, dairə və məntəqələrin ünvanlarının, seçici ünvanına görə dairə və məntəqənin, dairə və məntəqələrin xəritə üzrə axtarışlarını və seçici siyahısı üçün məlumatları əldə etməklə yanaşı, həmçinin onlayn müraciətlərini göndərə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 486
avatar

Oxşar yazılar