<b>Mövsüm başlayandan 47 nəfəri gün vurub </b>
08 avqust 2016 10:44 (UTC +04:00)

Mövsüm başlayandan 47 nəfəri gün vurub

Yay mövsümü başlayandan Səhiyyə Nazirliyi Təcili Tibbi Yardım Xidmətlərinə günvurma halı ilə bağlı müraciət edənlərin sayı açıqlanıb.

 

Bakı şəhər Təcili və Tibbi Yardım Stansiyası (BTTYS) baş həkiminin müavini İradə Əliyeva Lent.az-a bildirib ki, isti havalar başlayandan bu günə kimi ümumilikdə 47 nəfər günvurma halları ilə bağlı müraciət edib.

 

Onlardan 16 nəfər hospitalizasiya edilib. Günvurma ilə bağlı müraciət edənlərin sırasında 7 nəfər isə uşaq olub. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib.  

 

İ.Əliyeva əlavə edib ki, bu yay ərzində 27 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Onlardan 3 nəfəri isə uşaq olub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 118
avatar

Fərizə Əhmədova

Oxşar yazılar