<b>Qanunsuz miqrasiya təşkil edən 3 mütəşəkkil dəstə zərərsizləşdirildi</b>
22 aprel 2016 13:23 (UTC +04:00)

Qanunsuz miqrasiya təşkil edən 3 mütəşəkkil dəstə zərərsizləşdirildi

 

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı bu günlərdə keçirilmiş tədbirlər nəticəsində miqrasiya qanunvericiliyinin tələblərini pozmuş 9 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı saxlanılıb. Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, araşdırma zamanı Banqladeş Xalq Respublikası vətəndaşları Shidda Hamonta və Miah Shobujun Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya kanalı təşkil etməyə çalışdıqları məlum olub. Belə ki, Shidda Hamonta ölkədə fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşlarını qanunsuz olaraq dövlət sərhədini keçməyə və Azərbaycan-İran-Türkiyə-Avropa marşrutu ilə qanunsuz miqrasiya axınına qoşulmağa sövq etdiyi müəyyən edilib. Nəticədə Shidda Hamonta tərəfindən ölkəmizdə gəmiqayırma sahəsində fəaliyyət göstərən müxtəlif şirkətlərdə çalışan Banqladeş vətəndaşları MD Masud Sheikh, Hasen, MD Farok Talokder və Raju Mridhanın aldadılaraq qanunsuz miqrasiya kanalına qoşulmaq üçün öz iş yerlərini tərk etdikləri aşkar olunub.

 

Eyni zamanda qanunsuz miqrasiya kanalının digər təşkilatçılarından olan Miah Shobuj tərəfindən Banqladeş vətəndaşları Tazul İslam, Rasel Mustafa Choudury və Mukhibury Rahmanın aldadılaraq Azərbaycana gətirildikləri müəyyən edilib.

 

Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 4 ay ərzində Azəraycan Respublikası ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil etməyə cəhd göstərən 3 mütəşəkkil dəstə zərərsizləşdirilib. Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivə-sində tədbirlər davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 305
avatar

Oxşar yazılar