Prezident İlham Əliyev Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Azərbaycan Milli Elmlər Akademiyası Təhsil Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsini təmin etmək tapşırılıb.
Nazirlər Kabinetinə isə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşrılıb.