Millət vəkili nazirlikdəki vəzifəsindən çıxarılıb
08 aprel 2016 17:23 (UTC +04:00)

Millət vəkili nazirlikdəki vəzifəsindən çıxarılıb

 

 

Millət vəkili, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının sabiq rektoru Ağacan Əbiyev Gənclər və İdman Nazirliyi Kollegiyasının üzvlüyündən çıxarılıb.

 

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının tərkibi haqqında” 2006-cı il 14 iyun tarixli 144 nömrəli qərarına etdiyi dəyişiklikdə əksini tapıb.

 

Gənclər və İdman Nazirliyi Aparatının sabiq rəhbəri Fuad Hacıyev isə yeni statusda, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru kimi nazirliyin Kollegiyasında yenə də üzv kimi təmsil olunacaq. Gənclər və İdman Nazirliyi Aparatının yeni rəhbəri Rüfət Həsənov da Kollegiyanın üzvü təsdiqlənib.

 

Qərar aprelin 6-dan qüvvəyə minib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374
avatar

APA Baycan

Oxşar yazılar