Mikayıl Cabbarov xaricdə təhsil alacaq 84 tələbə ilə görüşüb
18 sentyabr 2013 15:41 (UTC +04:00)

Mikayıl Cabbarov xaricdə təhsil alacaq 84 tələbə ilə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Azərbaycan Respublikası Prezidenti yanında Təhsil üzrə Komissiya tərəfindən barələrində müsbət qərar verilmiş növbəti 84 tələbə ilə görüşüb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

 

Görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulanıb. Təhsil naziri bildirib ki, azərbaycanlı gənclərin xaricdə təhsil almağa göndərilməsi ölkəmizin yüksək ixtisaslı mütəxəssislərə olan ehtiyacının ödənilməsinə xidmət edir. Nazir Dövlət Proqramı üzrə təhsil alan tələbələrin xaricdə ölkəmizi layiqincə təmsil edəcəyinə inandığını nəzərə çatdırıb və onların seçdikləri ixtisaslar üzrə yüksək səviyyəli mütəxəssis kimi Azərbaycana dönəcəklərinə ümidvar olduğunu söyləyib.

 

Qeyd edək ki, bu günə qədər Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən Dövlət Proqramı çərçivəsində 2013-2014-cü tədris ilində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 315 namizəd barəsində müsbət qərar qəbul olunub. Digər namizədlər barəsində müvafiq qərar qəbul olunduğu zaman bu haqda ictimaiyyətə əlavə məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 810

Oxşar yazılar