Təhsil Nazirliyinin 500-dən yuxarı bal toplayan, müəllimlik ixtisasını seçən tələbələr üçün nəzərdə tutulan layihəsi artıq 600 tələbəni əhatə edir. Lent.az-ın məlumatına görə, təhsil naziri Mikayıl Cabbarov bildirib ki, bu il 500-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 37% çox olub. Təhsil Nazirliyi tərəfindən keçirilən “Sabah” layihəsi çərçivəsində təhsil alanların sayı isə 1600-ü ötüb. Nazir müəllim olmaq üçün müraciətlərin sayının artdığını da deyib. Ötən il müəllimliyə qəbul olmaq üçün 17 min nəfər müraciət etmişdisə, anların sayı 17 min idisə, bu il 24 min nəfər edib. Bu da müəllimliyə marağın ötən iki illə müqayisədə 41 % artdığının sübutudur.
Nazir deyib ki, cari ildə kənd məktəblərində işləməyi seçən 1729 nəfərə verilən kompensasiya 40 manatdan 60 manata, əməkhaqqı 70 manatdan 100 manata kimi artırılıb. Bakıda fəaliyyət göstərən pilot məktəblərin sayı 58-ə çatıb, həmin məktəblərdə 4 istiqamət üzrə 176 təmayül sinfi açılıb.