Mətbuat Şurası qəzet satışı məsələsini müzakirə edir
01 noyabr 2013 13:10 (UTC +04:00)

Mətbuat Şurası qəzet satışı məsələsini müzakirə edir

Bu gün Mətbuat Şurasında bir sıra qəzetlərin satışına metrostansiyalarda və başqa yerlərdə qadağa qoyulmasına həsr olunan toplantı işə başlayıb.

 

Toplantı "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun təşəbbüsü ilə çağırılıb.

 

Çünki satışı yasaqlanan  4 qəzetin sırasında "Yeni Müsavat" da var və qəzet təsərrüfatının rəhbərliyindən verilən məlumata görə bu qadağadan ən çox maddi ziyan çəkən məhz "Yeni Müsavat"dır.

 

Toplantının keçirilməsində məqsəd media kapitanlarının diqqətini sözü gedən problemə yönəltmək və çıxış yolları aramaqdır.

 

musavat.com

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 375
avatar

Oxşar yazılar