<b>Dəhşətli yanğının ildönümü ilə bağlı anım mərasimi keçirilir</b>
19 may 2016 11:30 (UTC +04:00)

Dəhşətli yanğının ildönümü ilə bağlı anım mərasimi keçirilir

0

Bakının Binəqədi rayonunda yaşayış binasında 15 nəfərin ölümü, 50 nəfərin xəsarət alması ilə nəticələnən yanğın hadisəsindən 1 il ötür. Bununla bağlı binanın qarşısında anım tədbiri keçirilir.

APA-nın məlumatına görə, anım mərasimində ictimaiyyət nümayəndələri, hadisə zamanı ölənlərin yaxınları, ailə üzvləri iştirak edir. Hadisə zamanı həlak olanların ruhlarına dualar oxunub, binanın qarşısına güllər düzülüb. Mərasim davam edir.

 

 

Qeyd edək ki, ötən il mayın 19-da Bakının Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğın hadisəsi baş verib.

 

Yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

 

Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs ediliblər.

 

 

Təqsirləndirilən şəxslərin cinayət işi bir neçə gün əvvəl baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

11:30

Bu gün Bakının Binəqədi rayonunda baş vermiş dəhşətli yanğından 1 il ötür. Lent.az-ın məlumatına görə, Azadlıq prospektindəki yanğında 4 –ü uşaq olmaqla 14 nəfər ölüb, 50 nəfər isə xəsarət alıb. 
 

Yanğının baş verməsinə səbəb yaşayış binasının üzləndiyi üzlüklər olmuşdu. Araşdırmalar zamanı həmin üzlüklərin yanğına davamlı olmadığı, əksinə tez alışan material olduğu müəyyən edilib. Hadisə yerinə FHN-nin 5 yanğınsöndürəni, helikopterlər cəlb edilmişdi. Hadisədən dərhal sonra  baş vermiş faciənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədi ilə Prezidentin sərəncamı əsasında baş nazirin müavini Abid Şərifovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. 

 

Yanğından sonra həmin üzlüklərin istehsalçısı olan "Global Construction" şirkətinin rəhbəri iş üzrə şübhəli şəxs qismində saxlanılıb, prezidentin göstərişi ilə  paytaxtdakı bütün üzlənmiş binaların üzlükləri sökülərək dəyişdirilib. 

 

16 mərtəbəli yanan binanın təmir işləri isə ötən ilin sentyabr ayında bitib, bina sakinlərə təhvil verilib.

 

 

Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə binanın üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həbs ediliblər.

 

Təqsirləndirilən şəxslərin cinayət işi bir neçə gün əvvəl baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Faciəvi yanğında dünyasını dəyişənlərin adları:

 

Bağırov Sahib Rahim - 1969-cu il

Bağırova Firəngiz Rahim - 1955

Eyvazov Davud Namiq - 1999

Eyvazova Ülkər Namiq - 1995

Şirinova Zülfiyyə Yavər - 1972

Kərimova Nazilə Malik - 1978

Kərimova Ayan Anar - 2010          

Məhərrəmova Fərəh - 2012

Boykova Lyubov Viktorovna - 1928

Utyuşev Yuri Vladimiroviç - 1948

Həsənova Alla Anatoliyevna - 1950

Hüseynov Ayxan Şahin - 2013

Nəcəfzadə Yaşar 1988  

Cavadov Ömər Vüqar - 2014

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 369

Oxşar yazılar