Məşğulluqla bağlı yeni layihə
02 sentyabr 2013 12:03 (UTC +04:00)

Məşğulluqla bağlı yeni layihə

Nazirlər Kabineti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aidiyyəti orqanların rəy və təklifləri nəzərə alınmaqla hazırlanmış “Məşğulluğa kömək göstərən respublika əlaqələndirmə komitəsinin yaradılması haqqında” qərar layihəsini təsdiqləyib.

 

Nazirlikdən Lent.az-a verilən məlumata görə, məşğulluğa kömək göstərən respublika və yerli əlaqələndirmə komitələri “Məşğulluq haqqında” qanunun 15-ci maddəsinə uyğun olaraq, məşğulluq sahəsində razılaşdırılmış qərarların hazırlanmasını təmin edəcək.

 

Qeyd edilən qurumlarda həmkarlar ittifaqı, işəgötürənlər birlikləri, müvafiq icra hakimiyyəti və əlaqədar dövlət və yerli özünüidarəetmə orqanları, sosial müdafiəyə ehtiyacı olan vətəndaşların mənafeyini təmsil edən ictimai birliklər təmsil olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 614
avatar

Oxşar yazılar