Merkel Türkiyənin iştirakı ilə sammit keçirəcək
13 noyabr 2015 01:53 (UTC +04:00)

Merkel Türkiyənin iştirakı ilə sammit keçirəcək

Avropa İttifaqı  Türkiyənin iştirakı ilə sammit keçirməyi planlaşdırır. Sammit bu ilin noyabrın sonunda – dekabrın əvvəlində baş tuta bilər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Almaniyanın kansleri Angela Merkel Maltada qaçqın böhranına həsr olunmuş Avropa-Afrika  sammitindən sonra bildirib.

 

Merkelin sözlərinə görə, qərar hökumət və dövlət başçıları səviyyəsində razılaşdırılıb.  

 

Aİ miqrant axınının  azaldılması məqsədilə Ankaranın dəstəyinə ümid edir. Bunun müqabilində Aİ Türkiyəyə 3 mlrd dollar həcmində maliyyə yardımı göstərmək istəyir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar